AZ

"Şəki" millimizin sabiq üzvünü transfer etdi – FOTO

"Şəki" altıncı transferini elan edib.

Prosport.Az İnstaqram hesabına istinadən xəbər verir ki, klub Ceyhun Həsənlini transfer edib. 

Şəki basketbol məktəbinin yetirməsi olan 22 yaşlı oyunçu 2022/23 mövsümündə 'Sərhədçi"də çıxış edib. U-16, U-18 yığmalarımızda oynamış, əsas millimizlə toplanışlarda iştirak etmiş Ceyhun Həsənli doğma klubunda 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Şəki" daha əvvəl Ərcan Donat, Kris Barton, Karl Conz, Aleks Koldvell və Əbdülmətin Quliyevi transfer edib. Heyəti komplektləşdirmək üçün daha bir amerikalı legionerin transferi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
prosport.az

1Mənbələr