AZ

İki gündə bir yemək yeyirlər - Qəzzada acınacaqlı durum

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada insanların orta hesabla iki gündə bir yemək yediyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, UNRWA Qəzzada insanların qida ehtiyacı ilə bağlı açıqlama verib.

Açıqlamada, insan haqları təşkilatı Norveç Qaçqınlar Şurası (NRC) və digər təşkilatların məlumatlarına görə, ehtiyac duyulan ərzaq yardımının 83 faizinin Qəzza zolağına çatdırıla bilmədiyi vurğulanıb.

Qeyd olunub ki, UNRWA və tərəfdaşları təşkil etdikləri fəaliyyətlərdə qida çatışmazlığının təsirlərini azaltmaq üçün uşaqlara yüksək enerjili peçenyelər paylayıblar.

Qəzzada bir çox insan qida, su, gigiyena materialları və sığınacaq kimi əsas ehtiyaclara çata bilmir. Didərgin düşən fələstinlilərin sayı 2 milyona çatıb.

Qəzza hökumətinin Media Ofisindən verilən məlumata görə, bölgədə aclıqdan 36 fələstinli həyatını itirib, 3500 uşaq isə qida çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşib.

Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
bakupost.az

3Mənbələr