AZ

Türkiyə bankları Rusiya ilə əməliyyatlardan tamamilə imtina etmək niyyətindədir

Türkiyənin maliyyə qurumları Rusiya və Belarusla bağlı əməliyyatları dayandırmağı və bu əməliyyatları tək banka, yəni "Emlak Katılım"a buraxmağı hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən yazır.

Bu yolla maliyyə institutları Rusiya Federasiyası və Belarusla işləmək üçün ikinci dərəcəli sanksiyalardan qorunmağa çalışırlar.

“Türkiyədə bir çox banklar Rusiya və Belarus şirkətləri ilə bağlı əməliyyatlar üçün dollar və avro ilə daxil olan vəsaitləri dərhal geri qaytara bilər və ödənişləri milli valyutalarda həyata keçirmək üçün “Emlak Katılım”la əlaqə saxlamağı tövsiyə edir”, - deyə nəşr bildirib.

Rusiya ilə nizamlanma problemi Türkiyə iqtisadiyyatının bir çox sahələrinə təsir edib. Ən böyük təsir ticarət, müdafiə sənayesi və mədən sənayesində müşahidə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
operativmm.az

1Mənbələr