Biləsuvar rayonunda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Heydər Əlyev prospektində yerləşən klinikanın qarşısında qeydə alınıb. “Mercedes Vito” markal mikroaftobus qarşıda gedən “VAZ 2106” markalı minik avtomomilinə çırpılıb.

Qəza nəticəsində maşında sıxılı vəziyyətdə qalan "VAZ-2106"-nın sürücüsü çıxarılaraq Billəsuvar Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata əsasən, Masallı sakini olan sürücü Rüstəmov Vəlihəddin Kamal oğlu klinikaya xəstə gətirib. Hadisə klinikanın həyətinə daxil olan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info