AZ

İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı artmaqda davam edir

İsrailin son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 9-u uşaq olmaqla, 34 fələstinli həyatını itirib. Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal İsrailin davam edən hücumları barədə məlumat verib.

Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda 16,795-i uşaq, 11,378-i qadın olmaqla, ümumilikdə 41,272 fələstinlinin həyatını itirdiyini, 95,551 nəfərin isə yaralandığını açıqlayıb. Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
trt.net.tr

2Mənbələr