MİT daha bir PKK liderini zərərsizləşdirdi
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Qara bölgəsində növbəti əməliyyat keçirib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK-nın hərbi kəşfiyyat lideri “Hogir Pirosi” kod adlı Halil Yiğit zərərsizləşdirilib.
MİT-in apardığı kəşfiyyat araşdırmaları nəticəsində PKK/KCK üzvü Halil Yiğitin təşkilatın yüksək səviyyəli idarəçilərinin göstərişi əsasında Qarada Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlar təşkil etdiyi müəyyən edilib.
Məlumata görə, terrorçu üçün terror cinayətləri ilə bağlı axtarış və həbs qərarı verilib. Yeri müəyyən edildikdən sonra “Hogir Pirosi” kod adlı Halil Yiğit zərərsizləşdirilib.
Qeyd edək ki, terrorçu 2007-ci ildə Şırnakda terror fəaliyyətinə başlayıb. O, Şırnakın Silopi rayonunda terror əməliyyatlarında iştirak edib.
Xəndək-barrikada hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlar təşkil edən Yiğit 2018-ci ildə Suriyada terror təşkilatı YPG-nin tərkibində fəaliyyət göstərib.
Yiğit son olaraq İraqın Qara bölgəsində təşkilati fəaliyyətlər həyata keçirib.