AZ

Cavanşir Paşazadə:”Azərbaycan öz torpaqlarında təhlükəsizliyi təmin edir”

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Həmçinin, Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Bunu millət vəkili  Cavanşir Paşazadə bildirib ki, cənab prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncam əminəm ki, hər bir Azərbaycan vətəndaşını qürurlandırdı:

“Lokal xarakterli antiterror tədbirləri üçtərəfli bəyanatın müddəalarının təmin olunması sürətləndirdi. Antiter­ror tədbirlərindən sonra genişmiqyaslı təxribatların qarşısı alındı və Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarıldı. Ən önəmlisi isə işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizli təmin olundu.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra Ermənistan 3 il ərzində Ermənistan 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxıarılması ilə bağlı. Çünki Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarında qalması regional sülh və sabitlik üçün ciddi təhlükə yaradırdı. 2023-cü ilin yay aylarında Ermənistan silahlı birləşmələri tərəfindən sistemli şəkildə müxtəlif təxribatlar törədilirdi və Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulur, ərazilərimizin minalanması davam etdirilirdi. 2023-cü il sentyabrın 19-da erməni silahlı qüvvələri yenidən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməsi nətiəsində Ağdam və Şuşa şəhərlərində iki mülki əməkdaş həlak oldu. 2020-2023-cü illər ərzində dövlətimiz tərəfindən Ermənistana və beynəlxalq təşkilatlara müraciət etsə də qarşı tərəf üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırırdı. Əlbəttə, Azərbaycan Ermənistanın məsuliyyətsizliyinə və təxribatlarına göz yuma bilməzdi. Elə də oldu. Azərbaycan öz torpaqlarında təhlükəsizliyi təmin etmə hüququndan istifadə edərək lokal xarakterli antiter­ror tədbirlərinə başladı”.

Deputat qeyd edib ki, cəmi 23 saat 43 dəqiqə davam edən antiter­ror tədbirləri nəticəsində erməni separatçılar ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu:

“Sentyabrın 28-də da Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. 24 saatdan az müddətdə davam edən antiterror tədbirləri nəticəsində qanunsuz şəkildə Azərbaycan torpaqlarında fəaliyyət göstərən Ermənistan ordusu tam şəkildə tərksilah edildi və Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi. Bir günlük antiter­ror tədbirləri ilə Azərbaycan tam olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Ən önəmlisi isə bir günlük antiterror əməliyyatı Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa etdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
xalq.az

1Mənbələr