AZ

ABŞ-ın BMT-də islahat və Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılması haqqında danışıqlara dair şərhi

Çərşənbə günü ABŞ bildirib ki, gələn həftə BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasında islahat aparılması - Afrika ölkələri üçün iki daimi yerin, kiçik ada dövlətlər üçün seçki yerinin yaradılması və BMT-nin Nizamnaməsinə düzəlişlərin edilməsi məsələləri müzakirə olunacaq.

Bu, BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) genişləndirmək, həmçinin bir üzv üçün veto hüququnu ləğv etmək çağırışlarının artması fonunda baş verir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Bəzi ölkələr (Finlandiya) Rusiyanı TŞ-dən çıxarmağa çağırırlar. "BMT TŞ-nin Rusiyanın hazırda Ukraynada apardığı müharibə kimi qanunsuz müharibəyə cəlb edilmiş üzvü qurumdan kənarlaşdırılmalıdır", deyə Finlandiya prezidenti Aleksandr Stubb çərşənbə günü səhər bildirib.

Gələn həftə 130-dan çox dünya lideri Yaxın Şərqdə və Avropada yayılma və humanitar böhranları dərinləşdirmə təhlükəsi daşıyan müharibələri müzakirə etmək üçün BMT-də görüşəcək.

ABŞ-ın BMT-də xüsusi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib ki, bir çox dünya liderləri TŞ-də islahat aparmağı təklif edirlər. O, dəyişikliklərin edilə biləcəyinə ehtimal verib. "Biz indiki anımıza uyğun olan sistem yarada bilərik", deyə o, çərşənbə günü Vaşinqtonda keçirilən brifinqdə bildirib.

Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılması ideyasına toxunan nümayəndə qeyd edib ki, "Rusiya TŞ-nin öz qonşusuna və BMT Nizamnaməsinin bütün dəyərlərinə hücum edən daimi üzvüdür. Buna görə bir çox ölkələrin "Rusiya niyə TŞ-də olmalıdır?" sualını verməsinin səbəbini başa düşürəm".

Seçilən
4
50
turan.az

10Mənbələr