Bir gündə Fövqəladə Hallar Nazirliyinin iki tenderinin nəticələri ləğv olunub. Tribunainfo.az xəbər verir ki, ləğvetmə nazirliyin balansındakı iki institutun müsabiqəsini əhatə edib.
Belə ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu sedan tipli xidməti minik avtomobilinin satın alınmasına dair tender elan edib. Bu məqsədlə 26.318,60 manat vəsait də ayırıb. Lakin Dövlət Xidməti satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasını və ya qanunun 36.1.1.-ci maddəsinin pozuntusunu əsas tutaraq, müsabiqəni məqbul saymayıb.
FHN-in ləğv olunan digər tenderi də Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin elan etdiyi müsabiqə ilə bağlı olub. Tribunainfo.az bildirir ki, Agentliyin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu 63200 manatlıq minik avtomobilinin satın alınmasını reallaşdırmaq istəyib. Amma Anti-İnhisar Xidməti qanunun 36.1.1-ci maddəsinin pozuntusu halını aşkarlayaraq, tenderin keçirilməsini dayandırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta