AZ

Rusiyadan İrəvana axın-axın erməni gəlir: Moskvanın “qara keşiş” planı

“Son bir neçə həftə ərzində Rusiyadan Ermənistana çox sayda erməni gəlir. Onların bu payız Baqrat Srbazanın keçirməyi planlaşdırdığı aksiyalarda iştirak edəcəyi bildirilir. Paşinyanı təkcə siyasi üsullarla istefaya məcbur etmək mümkün deyil. Buna görə də onların Rusiya Federasiyasının xarici dəstəyinə ehtiyacı var. Çünki Rusiyadakı erməni diasporunun fiziki dəstəyi və Rusiya Federasiyası tərəfindən hər hansı bir hərəkət olmadan əhalinin kritik kütləsini mitinqlərə cəlb etmək və bu aksiyaları davamlı, yəni gündəlik həyata keçirmək mümkün olmayacaq”.




Bunu politoloq Fərhad Məmmədov Bakupost.az -a söyləyib.

Onun sözlərinə görə, Kreml oktyabr ayında Ermənistandakı bu mitinqlərdən istifadə edəcək. Həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Putinin Paşinyanla birbaşa görüşü olacaq.

F.Məmmədovun sözlərinə görə, artıq bununla bağlı razılaşma var. Görünür, Paşinyanın və ümumilikdə Ermənistanın dövlət olaraq gələcək mövcudluğu ətrafında sövdələşmələr aparılacaq. Ehtimal ki, bu, son söhbət olacaq və bundan sonra Rusiya Federasiyası müəyyən addımlar ata bilər:

“Baqrat hərəkatı və Ermənistandakı müxalifətin fəallığından Rusiya məhz bu istiqamətdə istifadə edir. Baqratın özü və bütün müxalifət, təbii ki, bu gün əhalinin o kritik kütləsini toplaya bilməz. Çünki Ermənistanda bu gün iqtisadi artım var. Bu artım isə Rusiya ilə iqtisadi sahədə qarşılıqlı fəaliyyət yolu ilə əldə edilir. Ona görə də Ermənistandakı rusiyapərəst müxalifətin Moskvadan bu gözləntiləri var. Onlar hesab edir ki, Paşinyan indi Moskva hesabına hakimiyyətdə qalır və Kremlin köməkliyi ilə hakimiyyətdən uzaqlaşdırıla bilər”.

Sevinc,
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
bakupost.az

3Mənbələr