Ulduz futbolçu Türkiyə millisinin formasını geyinə bilər.
Offsideplus.az xəbər verir ki, "Ştutqart"ın kapitanı Atakan Karazor "ay-ulduzlular"ın heyətində çıxış etməyə yaxındır. TFF rəhbərliyi Almaniya təmsilçisinin şərəfini qoruyan futbolçunun vətəndaşlıq məsələlərinə dair prosedurları bu ay tamamladı.
27 yaşlı oyunçunun performansı Montella tərəfindən yaxından izlənilir və baş məşqçinin seçim etdiyi halda milli komandada şans qazanacaq.
Qeyd edək ki, Türkiyə millisi oktyabr ayında Monteneqro və İslandiya ilə qarşılaşacaq.