AZ

İbrahim Rəisinin ölümü yenidən araşdırılsın – Türkiyə nəşri

Livanda peycerlərin partladılması əməliyyatı mərhum İran prezidenti İbrahim Rəisinin və HƏMAS hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölüm səbəblərinə yenidən baxılmasını zəruri edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

“İran peycerlərini sındıran və partlayıcılar yerləşdirən İsrailin İran prezidenti Rəisinin helikopterinin vurulmasında əli ola bilərmi, İsmayıl Həniyənin Tehrandakı kəşfiyyat evində öldürülməsində onun əli ola bilərmi? Peycerlərin bombalanmasından sonra prezident İbrahim Rəisi və İsmayıl Haniyənin qətli versiyasına yenidən baxılmalıdır”, – deyə nəşr ritorik suallar qaldırıb.

Xatırladaq ki, mayın 19-da ölkənin şimal-qərbindəki Verzeqan bölgəsində İran prezidenti Rəisi, xarici işlər naziri Əmir Abdullahian və digər rəsmilərin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb və bütün heyət həlak olub.

İyulun sonunda HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
editor.az

2Mənbələr