AZ

“İraq İslam Müqaviməti” şiə hərəkatı İsrailin Hayfa şəhərini vurdu

“İraq İslam Müqaviməti” şiə hərəkatı pilotsuz təyyarələrlə İsrailin Hayfa şəhərinə hücum edib.

Editor.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Zərbənin Qəzza zolağında fələstinlilərə dəstək məqsədilə endirildiyi izah edilib.

Şiə hərəkatı hücumları “artan templə” davam etdirəcəyini bildirib.

Qeyd edək ki, İraqdakı şiə silahlı dəstələri İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatını dəstəkləyir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
editor.az

1Mənbələr