AZ

Azərbaycan 1 milyard dollara avtomobillər aldı - RƏSMİ

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 1,11 milyard dollar dəyərində 58 939 ədəd avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 10,3% azalıb.

Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 4% çoxdur.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
iqtisadiyyat.az

4Mənbələr