AZ

İranlı kibercinayətkarlar Donald Trampın seçki kampaniyası resurslarını Co Bayden tərəfdarlarına ötürüblər – ABŞ Milli Kəşfiyyat İdarəsi

ABŞ Milli Kəşfiyyat İdarəsi FTB və Kibertəhlükəsizlik Agentliyi Donald Trampın seçki kampaniyası resurslarının iranlı hakerlər tərəfindən sındırıldığını göstərən birgə bəyanat yayıb.

Amerika kəşfiyyat orqanları İranın məlumatları mediaya və Co Bayden tərəfdarlarına verdiyini iddia edir. “İyunun sonu və iyulun əvvəlində iranlı kibercinayətkarlar Bayden kampaniyası ilə əlaqəli olan şəxslərə elektron məktublar göndərdilər. Onlarda Trampın kampaniyasından oğurlanmış ictimai olmayan materiallardan çıxarışlar olub… İranlı hakerlər Amerika mediasına da material göndəriblər”, – FTB-nin saytındakı bəyanatda deyilir.

ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, məxfi materialların qəbulu və yayılması İranın ABŞ-dakı seçki prosesinə etimadı sarsıtmaq üzrə hərəkətlərinə nümunə olub. Bəyanatda deyilir ki, seçkilərə təsir etmək cəhdləri noyabr ayı yaxınlaşdıqca güclənir. Həmçinin Rusiya və Çinin də Amerika cəmiyyətində parçalanmaları artırmağa çalışdığı bildirilir.
Avqust ayında “Politico” nəşri Trampın seçki qərargahına haker hücumu haqqında yazmışdı. Nəşrin məlumatına görə, iranlı hakerlər hüquqi və məhkəmə sənədlərindən tutmuş kampaniyanın daxili müzakirələrinə qədər ən müxtəlif sənədləri əldə ediblər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
editor.az

3Mənbələr