AZ

Netanyahuya suiqəsdin qarşısı alınıb

Bakı, TurkicWorld

İsrail polisi İran kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edilən şəxsi saxlayıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, ilkin dindirilmə zamanı bəlli olub ki , saxlanılan şəxs baş nazir Benyamin Netanyahu da daxil olmaqla, tanınmış rəsmilərə sui-qəsd planlaşdırıb.

“İran kəşfiyyatı İsrail vətəndaşlarını İsrail fiqurlarına sui-qəsd etmək üçün əməkdaşlığa cəlb edib və o, iki dəfə saxta sənədlərlə İrana aparılıb və missiyaları yerinə yetirmək müqabilində pul alıb. Saxlanılan şəxs eləcə də uzan müddət Türkiyədə yaşayıb”-deyə israil polisinin açıqlamasında deyilir.

Məlumatda qeyd olunur ki , saxlanılan şəxs Aşkelon şəhərindən olan yəhudidir.
Polisin açıqlamasında bildirilir ki, israilli İranda olarkən ona İsraildə İran adından təhlükəsizlik tapşırıqlarını yerinə yetirmək təklif olunub.

“Bu vəzifələrə “pul və ya silahın daşınması, müxtəlif izdihamlı yerlərin fotoşəkillərinin çəkilməsi” və daha əvvəl İran üçün əməkdaşlığa cəlb edilən israilliləri əmrləri yerinə yetirməyə məcbur etmək üçün hədələmək daxildir. Avqust ayında İrana ikinci səfəri zamanı israilli iş adamından İsraildə tanınmış simalara qarşı sui-qəsdlər həyata keçirmək istənilib. Ondan eyni zamanda İsraildən əlavə tapşırıqları yerinə yetirməsi, o cümlədən Mossad (İsrailin xarici kəşfiyyat xidməti) üçün “ikili agent” olmaq üçün agent cəlb etmək istənilib”-deyə polisin açıqlamasında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
turkic.world

1Mənbələr