AZ

ADEX və “Securex Caspian” sərgilərində 37 ölkədən 218 şirkət iştirak edəcək

Sentyabrın 24-dən 26-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə ADEX və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgilərinə həsr edilmiş mətbuat konfransı baş tutub.

“Poliqon” xəbər verir ki, mətbuat konfransında Müdafiə Sənayesi Nazirliyinin (MSN) Aparat rəhbəri Samir Ağabalayev, MSN-in Hərbi-texnikim əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva, “Caspian Event Organisers” (CEO) şirkətinin baş direktoru Fərid Məmmədov, ADEX və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova çıxışlar ediblər.

MSN-in Aparat rəhbəri S.Ağabalayev bildirib ki, ADEX və “Securex Caspian” sərgilərində 37 ölkədən 218 şirkət iştirakını və 27 ölkədən 53 rəsmi nümayəndə heyəti öz ziyarətini təsdiq edib. O, sərgidə 14 ölkənin milli pavilyonla iştirak edəcəyini söyləyib. Aparat rəhbərinin sözlərinə görə, sərgi çərçivəsində MSN və bir neçə beynəlxalq şirkət arasında əməkdaşlıq memorandumların imzalanması nəzərdə tutulub.

Öz növbəsində çıxış edən Gülsüm Rzayeva qeyd edib ki, ADEX sərgisində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin üç stendində ümumilikdə 193 adda eksponat nümayiş olunacaq.

ADEX və “Securex Caspian”ın layihə rəhbəri olan Ü.Qasımova çıxışında bu il hər iki sərginin miqyasının daha da genişlənərək, əvvəlki illərlə nisbətdə artım nümayiş etdirdiyini və 2024-cü ildə ADEX sərgisinin əhatə etdiyi bölmələrin sırasına kibertəhlükəsizlik sektorunun da əlavə olunduğunu vurğulayıb.

Ötən illər ərzində ADEX sərgisinin daha da inkişaf etdiyinə toxunan CEO şirkətinin baş direktoru F.Məmmədov, sərgiyə tələbatını artdığını bildirib: “Belə ki, sərgilər bu il artıq Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla bütün ekspozisiyasını, eləcə də açıq sahəsini əhatə edəcəkdir”.

Qeyd olunub ki, ADEX sərgisi artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını, əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

ADEX Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. ADEX sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır.

ADEX sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri və digər sektorlar təmsil olunacaqdır. 2024-cü ildə ADEX sərgisinin əhatə etdiyi bölmələr sırasına yeni bir sektor – kibertəhlükəsizlik əlavə edilmişdir.

Tədbirlər çərçivəsində çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

DSC

DSC

DSC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
poliqon.az

1Mənbələr