AZ

Türkiyə İbrahim Rəisinin ölüm səbəbinə yenidən baxılmasını istəyir – “Hürriyət” qəzeti

Livanda peycer partlayışlarından sonra İran prezidenti İbrahim Rəisi və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölüm səbəblərinə yenidən baxmaq lazımdır.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazıb. Qəzet iddia edir ki, İran peycerlərini sındıran və partlayıcılar yerləşdirən Təl-Əvivin Rəisiinin helikopterinin qəzaya uğramasında və Tehranda Haniyyənin qətlində də əli ola bilər.

Bundan əvvəl İranın “Tasnim” xəbər agentliyi peycerin partlaması nəticəsində İran liderlərini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbərləri təkzib etmişdi. Xatırladaq ki, Rəisi mayın 19-da İranın şimal-qərbində helikopter qəzasında həlak olub. Onunla birlikdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da olub. İyulun sonunda HƏMAS liderlərindən olan Haniyənin Tehrandakı iqamətgahına hücum edilib.

//Samir Qurbanov, Editor.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
editor.az

1Mənbələr