"Neftçi" basketbol klubu transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, komanda heyətinə daha iki amerikalı basketbolçu cəlb edib.
Onlardan biri ötən mövsüm Finlandiyanın "Huima" komandasında çıxış etmiş 24 yaşlı Ayzah Luisdir. Digər yeni basketbolçu isə 198 sm boya malik Kevion Bleylokdur. 30 yaşlı hücumçu sonuncu dəfə Avstraliyanın "Albury" komandasının uğurları üçün çalışıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta