AZ

"Milan" Fonsekanı qova bilər

Paulu Fonsekanın "Milan"dakı işi qısa sürə bilər.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssisin işindən narazıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Milan" həftəsonu derbidə "İnter"ə məğlub olsa, Fonseka istefaya göndəriləcək.

"Qırmızı-qaralar"ın növbəti baş məşqçisi postuna namizəd də artıq bəllidir. Ötən mövsümün sonunda Dortmund "Borussiya"sından ayrılan Edin Terziç İtaliya nəhəngini çalışdıra bilər.

Qeyd edək ki, Paulu Fonseka mövsümün əvvəlində "Milan"ın baş məşqçisi təyin olunub.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
sportal.az

1Mənbələr