AZ

"Milan" baş məşqçisi ilə vidalaşır?

İtaliyanın "Milan" klubu baş məşqçisi Paulu Fonseka ilə yollarını ayıra bilər.

Sportnet.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, rəhbərliyin bəzi üzvləri Çempionlar Liqasının I turunda "Liverpul"a məğlubiyyətdən (1:3) sonra 51 yaşlı mütəxəssisin istefaya göndərilməsini istəyirlər.

Hətta onun sentyabrın 22-də A Seriyasında "İnter"lə matçdan sonra da qovula biləcəyi vurğulanıb.

Qeyd edək ki, P.Fonseka iyuldan Milan təmsilçisində işləyir. Komanda onun rəhbərliyi altında çıxdığı beş matçın 2-də məğlub olub, eyni sayda heç-heçə edib, bir görüşdə isə qələbə qazanıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sportnet.az

1Mənbələr