AZ

AŞPA-nın payız sessiyasında Azərbaycanda vəziyyətlə bağlı debat keçirilməsi üçün sorğu verilib

AŞPA-nın 30 sentyabr - 4 oktyabr tarixlərində Strasburqda keçiriləcək payız sessiyasının gündəliyinin layihəsinə "Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində vəziyyətin pisləşməsi" mövzusunda təcili debatların keçirilməsi sorğusu daxil edilib.

Assambleya təcili debatların keçirilməsinə dair bütün sorğulara bazar ertəsi, sentyabrın 30-da baxacaq və hansı sorğuların qəbul ediləcəyinə qərar verəcək, bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Assambleya bu debatların keçirilməsinə razılıq versə, onlar sentyabrın 30-da məlum olacaq yekun gündəliyə daxil ediləcək, bu barədə Aİ-nin mətbuat xidmətindən bildiriblər.

Bazar ertəsi, sentyabrın 30-da saat 12:00-dan 13:00-a qədər (Strasburq vaxtı ilə) insan hüquqları sahəsində 2024-cü il Vatslav Havel Mükafatının təqdimetmə mərasimi keçiriləcək. Bu ilki mərasimdə namizədlərdən biri azərbaycanlı fəal Akif Qurbanovdur.

Qurbanov Demokratik Təşəbbüslər İnstitutunun (IDI) və Üçüncü Respublika Platformasının həmtəsisçisidir. O, 2024-cü ilin martında ölkədə jurnalistlərin və fəalların həbsləri dalğası zamanı saxlanılıb, deyə press-relizdə qeyd edilir.

Mükafatın iki digər namizədi Venesueladan olan müxalifətçi Mariya Korina Maçado və Gürcüstandan gender fəalı Babutsa Patarayadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
turan.az

1Mənbələr