AZ

"Prezident xaricdədir, burada heç bir soyuqluqdan söhbət gedə bilməz"

«Riad müəllimin səfər oyununa yollanması rəsmi məzuniyyətdə olmasıyla əlaqədardır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

Press-ateşe klubun prezidenti Riad Rəfiyevin Premyer Liqanın son turunda «Şamaxı»ya qarşı keçirilən matçda (0:1) iştirak etməməsinin səbəbini izah edib.

Bildirib ki, başqanla Samir Abasovun məşqçi korpusu arasında heç bir problem yoxdur:

«O. hazırda ölkə xaricindədir. Yaxın vaxtlarda geri qayıdacaq.

Riad müəllimlə baş məşqçi arasında münasibətlərin gərgin olmasına dair çıxan xəbərlər həqiqəti əks etdirmir.

Prezidentimiz həmişə komandanın yanında olub və məşqçiləri dəstəkləyib. Burada heç bir soyuqluqdan söhbət gedə bilməz».

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sportinfo.az

1Mənbələr