AZ

FES-in faiz qərarı kriptovalyuta bazarında qiymətlərə necə təsir edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“FES-in uçot dərəcəsinin artırılması 2022-ci ilin martında, Rusiya ilə Ukrayna arasındakı münaqişənin gərginləşməsi ilə əlaqədar baş verib. 2023-cü ilin iyul ayında uçot dərəcəsi 5,25-5,5%-ə çatdı və o vaxtdan bəri sabit saxlanılır”.

Banco.az xəbər verir ki, bunu kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib. O bildirib ki, bu vəziyyət, faiz dərəcəsinin azaldılması ilə bağlı qərar verilməsində əsas amil, tənzimləyicinin inflyasiyanın 2%-ə doğru irəlilədiyinə dair inamdır:

“Kripto investorları bu qərarı səbirsizliklə gözləyirlər, çünki bu, qiymətlərin artmasına təsir edən mühüm bir amildir. Quliyev bildirib ki, kriptovalyutalar, ayrı bir aktiv sinfi olsalar da, səhm bazarı ilə sıx bağlıdır. FRS-in uçot dərəcəsini 0,5 faiz bəndi azaltması, böyük ehtimalla Bitcoin-in dəyərinin artması ilə müşahidə olunacaq.

Faiz dərəcəsinin aşağı salınması, FRS-in bazara likvidlik inject edərək açıq bazarda aktivlər əldə etməsi deməkdir. Bu, dolların artmasına, kreditlərin ucuzlaşmasına və investisiya mühitinin yaxşılaşmasına səbəb olur. Ucuz pul, investorların risk tələblərini azaldaraq yeni texnologiyalar, startaplar və kriptovalyutalar kimi riskli aktivlərə investisiya etməyə təşviq edir”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
banco.az

1Mənbələr