AZ

Bakı Fond Birjası istiqraz bazarına 2,8 milyard manatlıq investisiya cəlb etməyi planlaşdırır

Bakı Fond Birjası (BFB) növbəti üç il ərzində strateji təşəbbüslərini 7 əsas istiqamətdə həyata keçirməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) yeni brend kimliyi ilə bağlı keçirilən mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

Onun sözlərinə görə, bu təşəbbüslərdən 4-ü istiqraz bazarına, 3-ü isə səhm bazarına aiddir:

"İstiqraz bazarı üzrə əsas təşəbbüslərdən biri dövlət müəssisələrinin istiqraz buraxılışlarının təşviqidir. Bu sahədə 1,3 milyard manatlıq artım gözlənilir. Digər təşəbbüslər isə institusional investorların və fərdi investorların istiqraz bazarına cəlb edilməsini əhatə edir. Korporativ istiqraz buraxılışlarının potensial artımı 1,5 milyard manat, fərdi investorların isə 280 milyon manat olaraq proqnozlaşdırılır".

R.Xəlilov qeyd edib ki, səhm bazarı üçün nəzərdə tutulan təşəbbüslər arasında fərdi investorların iştirakını asanlaşdırmaq, özəl müəssisələrin IPO-larının təşviqi və IPO akselerator proqramının işə salınması mövcuddur və özəl müəssisələrin səhm bazarının kapitalizasiyası 500 milyon manat artırılması nəzərdə tutulur.

Bununla yanaşı, fərdi investorların fəaliyyətinin zəif olması məsələsinə toxunan Xəlilov, maliyyə savadlılığının aşağı olması, investisiya alətlərinə çıxışın məhdudluğu və bazar infrastrukturunun yetərincə inkişaf etməməsinin əsas problemlər olduğunu vurğulayıb:

"Bu problemlərin həlli üçün tədbirlərin görülməsi planlaşdırılır".

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
fins.az

1Mənbələr