AZ

Türkiyənin Türkmənistana sement ixracı xeyli azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - avqust aylarında Türkiyənin Türkmənistana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz azalaraq, 9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Türkmənistana 958 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 56,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq, 2 milyard 889 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 364 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023 – avqust 2024) Türkiyə 4 milyard 333 milyon dollar məbləğində sement məhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
22
turkic.world

10Mənbələr