AZ

İş istəyirsən? Şəmkirə gəl!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Şəmkirdə növbəti əmək yarmarkası təşkil olunub.

Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Şəmkirdə təşkil olunan yarmarkada 19 müəssisə 122 vakansiya təqdim edib. İş təklifləri iqtisadi fəaliyyət növünə görə, rayonun əmək bazarının tələbatına uyğun olaraq kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev əsas məqsədinin işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi olan əmək yarmarkasının gedişatı ilə tanış olub.

Rayon rəhbəri bildirib ki, bu gün dövlətimiz işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir və bu yarmarkanın keçirilməsində məqsəd də işaxtaranların bu imkanlardan maksimum istifadə etməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.

Həmçinin tədbirdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə ediblər.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Şəmkir şəhəri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr