AZ

Vəkillər Kollegiyası müraciət yaydı

Cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən informasiya kommunikasiya texnologiyalarından daha da geniş sürətdə istifadə edilməsi, vətəndaşların hüquqi yardıma çatımlılığı, habelə hüquqi yardımın keyfiyyətinin artırılması məqsədilə “Elektron vəkil orderi” sistemi hazırlanaraq fəaliyyətə başlayıb və hazırda aktiv istifadə edilir. Vəkillərin işini asanlaşdıran, vaxt itkisinin qarşısını alan, vətəndaş məmnunluğunu təmin edən bu sistem ötən ilin noyabr ayından pilot layihə kimi start götürüb və bu ilin aprelindən etibarən isə bir çox bürolarda uğurla həyata keçirilir.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının yaydığı müraciətdə bildirilib.

Qeyd olunub ki, vəkil və vətəndaşlar “Elektron vəkil orderi” sistemi vasitəsi ilə müqavilə bağladıqdan sonra ödəmələr elektron ödəniş sistemi vasitəsi ilə həyata keçirilir. Sistem vasitəsilə ödəniləcək məbləğ müraciət edənin (fiziki və ya hüquqi şəxslərin) hesabından tutularaq müvafiq Vəkil Bürolarının (və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin) və Kollegiyanın hesabına köçürülür.

Yuxarıda qeyd olunan elektron ödəniş sistemi ilə bağlı Vəkillər Kollegiyası ilə əməkdaşlıq etmək istəyən şirkətlərdən bu barədə təkliflərini office@barassociation.az ünvanlarına göndərmələri xahiş olunur.

Əlaqələndirici şəxs: Vəkillər Kollegiyası Aparatının İKT üzrə mütəxəssisi Ehtiram Səfərov ehtiram.safarov@barassociation.az, +994 55 475 94 94

Seçilən
13
e-huquq.az

1Mənbələr