AZ

İlan qadına dolanaraq onu udmaq istəyib - Foto

İlan

Dörd metrlik nəhəng ilan Taylandda Arunroj adlı xanımın evinə daxil olaraq onun bədəninə dolanıb. Bundan sonra ilan qadını udmaq istəyib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, 64 yaşlı qadın xilas olmağa çalışdıqca, ilan onu daha çox sıxıb.

Məlumata görə, qadın yemək yeyərkən ilanın ilk dişləməsini hiss edib.

Qadın ilandan xilas olmaq üçün onun başını ələ keçirsə də, ilan ondan əl çəkməyib. Təxminən iki saat sonra isə bir qonşu qadının qışqırıqlarını eşidib və onun köməyinə çatıb.



Yerli media yazır ki, evə gələn təhlükəsizlik işçiləri qadını xilas etmək üçün 30 dəqiqədən çox səy göstəriblər.

Piton xilas olmaq üçün meşəyə sürünərək tez bir zamanda yoxa çıxıb. İlanın təxminən 20 kiloqram olduğu bildirilir.

Qadının müalicə üçün xəstəxanaya aparıldığı bildirilir.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
reyting.az

1Mənbələr