AZ

"Oyunçular tətilə çıxa bilər"

"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal futbolçuların matçların çoxluğuna görə tətil edə biləcəyindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Tiempo de Juego" ispan oyunçunun dediklərini belə çatdırıb:

"Nədənsə futbolçuların fikirləri futbol rəsmiləri tərəfindən qəbul edilmir.Biz eşidilmək üçün səsimizi ucaltmalıyıq" 

Xatırladaq ki, yüksək səviyyəli çempionatların komandaları bu mövsüm 70-ə yaxın oyun keçirə bilər. Artıq bir çox məşhur futbolçular belə gərgin iş qrafikindən narazılıqlarını bildiriblər. Daniel Karvaxal bu mövsüm İspaniya çempionatında iki sarı vərəqə aldığı "kral klubu"nun tərkibində beş oyun keçirib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr