AZ

“Rəqəmsal mühitin təhlükəsizliyi biznesin inkişafına təkan verir”-Müşfiq Məmmədov

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Son günlərdə İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq çağırışlar, təşəbbüaslər və öhdəliklər, eyni zaman da kibertəhlükəsizlik ilə bağlı Kaspersky şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov müsahibə verib.

Banco.az bu müsahibəni təqdim edir:

Kaspersky hazırda Azərbaycanda kibertəhlükəsizlik sahəsində hansı layihələr üzərində işləyir?Şirkət Azərbaycanda işlədiyi illər ərzində hansı böyük nailiyyətlərə imza atıb?

Biz Azərbaycanda 10 illik fəaliyyətimizin, ölkənin ən böyük müəssisələri və dövlət təşkilatları ilə əməkdaşlığımızın nəticələri ilə fəxr edirik. Maliyyə, təhsil, istehsalat, logistika, nəqliyyat və tibb müəssisələri daxil olmaqla, müxtəlif sektorlardan olan təşkilatlarla fəal işləyirik. Ötən illər ərzində minlərlə kiber hücumun qarşısını aldıq. Düşünürük ki, regionda rəqəmsal mühiti daha təhlükəsiz edə bilmişik ki, bu da biznesin inkişafına əhəmiyyətli töhfələr verib.

Azərbaycanda kibertəhlükəsizlik ən çox hansı sektorlarda daha çox diqqət tələb edir? Kaspersky Azərbaycanın hansı sektorları ilə əməkdaşlığı xüsusi fəallığı ilə seçilir və hansı sahələrdə kibertəhlükəsizlik həllərinə daha çox ehtiyac var?

Kaspersky şirkətinin anonim statistikasına əsasən, Azərbaycan hücuma məruz qalan rəqəmsal cihaz istifadəçilərinin sayına görə 151 ölkə arasında 33-cü yerdədir. Bu o deməkdir ki, təcavüzkarlar banklardan tutmuş sənaye şirkətlərinə, fərdi sahibkarlardan tutmuş təhsil müəssisələrinin işçilərinə qədər bütün sahələrə hücumlara köklənirlər.

Daxili İşlər Nazirliyi son vaxtlar vətəndaşlara müraciət edərək, xüsusilə sosial şəbəkələrdə şəxsi hesabların sındırılması ilə bağlı şikayətlərin artmasını fonunda, internetdə şəxsi məlumatların qorunmasının zəruriliyi ilə bağlı xəbərdarlıq edib. Bu vəziyyətdə istifadəçilərə hansı tövsiyələri verərdiniz?

Təcavüzkarlar sosial şəbəkələrdə istifadəçi hesablarına daxil olmaq və əldə etdikləri məlumatları sonradan öz məqsədləri üçün istifadəyə etməyə cəhd edirlər: Buna misal olaraq əldə edilmiş şəxsi məlumatın açıq mənbələrə “sızması” üçün qurbandan borc pul tələb etmək üçün qurbanın dostları və qohumları ilə əlaqə saxlamaq və s.nümunə göstərmək olar.

Buna görə də sosial media hesablarının qorunmasına mümkün qədər ciddi yanaşmağı tövsiyə edirik.

İlk növbədə, hesabların hər biri üçün fərqli olan mürəkkəb, unikal şifrələrdən istifadə etmək və onları heç kimlə paylaşmamaq, həmçinin ikifaktorlu autentifikasiyadan istifadə etmək lazımdır.

Həmçinin internetdə yad adamlardan gələn mesajlara ehtiyatla yanaşmaq və hər hansı bir şübhə yaranarsa, dərhal dialoqu dayandırmaq vacibdir. Yazışmalarda və şərhlərdə şəxsi məlumatları, məsələn ünvan və iş yeri haqqında məlumatları paylaşmaq, eyni zamanda, şəxsi xarakterli foto və videoları göndərməkdən çəkinmək lazımdır.

Bir çox vətəndaşlar “yüksək gəlir”, sərfəli investisiyalar və cəlbedici reklam kampaniyaları təklifləri ilə üzləşir. Çox vaxt belə təkliflər o qədər inandırıcı görünür ki, insanlar aldanırlar. Bu təhlükələrdən qorunmaq üçün hansı mexanizmlər mövcuddur?

Tez və asanlıqla yüksək gəlir əldə etməyə dəvət edən mesajlar, rəqəmsal fırıldaqçılığın olduqca geniş yayılmış forması olan fişinqin klassik nümunəsidir. İstifadəçilər elan lövhələri, çatdırılma xidmətləri, bazarlar və s. kimi müxtəlif platformalarda fişinq ilə qarşılaşa bilərlər. Kaspersky-nin həlləri, 2023-cü ildə Azərbaycandan olan istifadəçilərin fişinq səhifələrinə 945 mindən çox keçid cəhdini bloklayıb. Fişinq hücumları ən çox bank məlumatlarına və ya maliyyə institutları ilə əlaqəli digər məxfi məlumatlara çıxış əldə etmək məqsədilə həyata keçirilir.

İstifadəçilərin diqqətinə çatdıraq ki, həddindən artıq səxavətli və ya əksinə, həddən artıq qorxuducu mesajlara və onlayn təkliflərə tənqidi yanaşmaq vacibdir. Əgər bu tip mesajlar tələsdirir və düşünməyə vaxt vermirsə, bunun arxasında təcavüzkarların olması mümkündür. Saytda ödəniş və ya məxfi məlumatları daxil etməzdən və pul köçürməzdən əvvəl resursun ünvanını yoxlamaq lazımdır - orada yazı səhvləri olmamalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
banco.az

1Mənbələr