AZ

Peşəkar Çövkən Liqasının I dövrəsinin oyunları başa çatıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının l dövrəsi 9-cu turun oyunları ilə başa çatıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib ki, sentyabrın 17-də “Zəfər” və “Ağstafa Dilbaz” çövkən komandaları arasında keçirilən gərgin mübarizə “Zəfər” komandasının 9-0 hesablı böyük üstünlüyü ilə yekunlaşıb. “Sərhədçi” və “Embawood” komandaları arasında təşkil edilən digər  oyunda “Sərhədçi” 3-0 hesabı ilə qələbə qazanıb. “Polad” və “Köhlən” komandaları arasında mübarizə isə “Polad” komandasının 5-0 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti  oyunları sentyabrın 18-də keçirilib. İlk qarşılaşma “Omar” komandasının “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün 2-ci qarşılaşmasında isə “Elit” “Şirvan” komandası üzərində 6-0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında ll dövrənin 1-ci turunun oyunları 24-25 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Leyla QURBANOVA
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
13
xalqqazeti.az

10Mənbələr