AZ

Millimizin üzvü bölgə klubunda

"Şəki" basketbolo klubu heyətini Ceyhun Həsənli ilə gücləndirib.

Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki basketbol məktəbinin yetirməsi olan 22 yaşlı oyunçu 2022/2023 mövsümündə 'Sərhədçi"də çıxış edib.

Azərbaycanın U-16 və U-18 yığmalarında oynamış, əsas millinin heyətində toplanışlarda iştirak etmiş basketbolçu doğma klubunda 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Şəki" klubu daha əvvəl Ərcan Donat, Kris Barton, Karl Cons, Aleks Koldvell və Əbdülmətin Quliyevi transfer edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
sportnet.az

1Mənbələr