AZ

Əli Məsimli yazır-İki əsrə barəbər gün

İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi, xalqların və dövlətlərin də tarixində əsrlərə bərabər anlar olur.30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı azad edəndə, hər birimiz bir ömrə bərabər anlar yaşamaqla, həm də birlikdə, tariximizdə əsrlərə bərabər şanlı səhifələr yaratdıq.Həmin səhifələr arasında 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin davamı və qürur gətirən möhtəşəm səhifə kimi tariximizə əbədi yazılan 19-20 sentyabr 2023-cü il xüsusi yer tutur.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.Azərbaycan Ordusu bu terror aktına antiterror əməliyyatı ilə cavab verdi. Çox yüksək qələbə əzmi və peşəkarlıqla bir gündən də az bir müddətdə- 23 saat 43 dəqiqə davam edən bu əməliyyat ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ordumuzun keçirdiyi bu antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər.Çox uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu.Məlum olduğu kimi,bu antiterror əməliyyatına qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük hissəsi azad olunmuşdu.Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu. Bu yolda mühüm yer tutan antiterror əməliyyatı Vətən müharibəsindəki böyük zəfərin davamı və tariximizin qürur gətirən möhtəşəm səhifəsi kimi tariximizə əbədi yazıldı.Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.Həmin möhtəşəm gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir və bölgəmizdə beynəlxalq hüquqa və ədalətə əsaslanan yeni reallıqlar yaradıb. Məhz həmin reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu. Azərbaycanın səyləri nəticəsində Ermənistanın 30 illik işğal dövründə öz havadlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara,hər qarışı minalanmış döyüş meydanına çevirdiyi ərazilərimiz tikinti meydanına,sülh və əməkdaşlıq arenasına çevrilib.Böyük Qayıdışın reallaşdırılasına, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə inteqrasiyasına yönəlik işlər gedir.Bu istiqamətdə çox müasir və perspektivli layihələr həyata keçirilir.Böyük Qayıdışın vüsəti getdikcə artır.Məktəblər,Qarabağ Universiteti fəliyyətə başlayıb və proseslər Azərbaycanın xeyrinə inkişaf edir.Azərbaycanın bu uğurlu səyləri təkcə Azərbaycanın özü üçün yox,bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir.Bu həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasında mühüm rol oynayır.Qardaş və dost ölkələr,eləcə də reallıq hissini itirməyən dövlətlər bunu görür,dəyərləndirir və müxtəlif formalarda həmin quruculuq işlərində iştirak edir və ya bu və ya digər formada dəstək verir. Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil və bəziləri pozuculuq əməllərinini açıq və gizli formada davam etdirir. Amma onlar çox əbəs yerə vaxt,maliyyə və digər resurslarını itirməkdən baqa heç bir real nəticəsi görünməyən işlə məşğuldurlar…Bədxahlarımız bu reallığı nə qədər tez nəzərə alıb,həzm etsələr,Cənubi Qafqazda dayanıqlı sülh bir o qədər tez bərqərar olmuş olar. Azərbaycanın regionumuzda ümumi sabitlik, təhlükəsizlik və rifaha hesablanmış səylərinin gerçəkləşdirilməsi qlobal sülh, sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqntələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər. Ona görə də həmin qüvvələr Azərbaycana münasibətdə pozuculuq fəaliyyətlərinə son qoyub fikirdə,sözdə və əməldə Qarabağda başlanan və regiona təhlükəsilik,sabitlik, iqtisadi inkişaf,sosial tərəqqi və digər cəhətlərdən şəksiz müsbət təsir edəcək quruculuq işlərinə qoşulmalı,buna səmiyyətləri çatmırsa,onda sülh prosesinə, Qarabağ və Şərqi Zəngəzurda getdikcə genişlənən bərpa və quruculuq işlərinə mane olmamalıdır.
Azərbaycanımızın Qarabağda yüksələn üçrəngli bayrağı həmişə uca,bu sevinci, uğur və qələbələri bizə yaşadan, canını Vətən yolunda fəda edən şəhidlərimizin ruhu şad, qazilərilərimizin canı sağ olsun!
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
xalq.az

3Mənbələr