AZ

Tramp tərəfdarlarına kriptovalyuta ilə hamburger aldı


ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bir restoranda tərəfdarları üçün aldığı hamburgerlərə ilk dəfə bitkoinlə ödəniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, eks-prezident restoranın müştəriləri tərəfindən alqışlarla qarşılanıb.
Restoranın həmtəsisçisi Dryu Armstronqun sözlərinə görə, eks-prezident onlarla hamburgerə 998,70 dollar ekvivalentində pul xərcləyib.
Tramp hamburgerlərə “Lightning Network” üzərində qurulmuş “Strike” ödəniş proqramından istifadə edərək ödəniş edib.
Restoran bitkoinləri qəbul etmək üçün “Zaprite” proqramından istifadə edib.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-nin kriptovalyutaya ciddi diqqət yetirməli olduğunu, əks halda, digər ölkələrin, ilk növbədə Çinin bu bazara hakim olacağını bildirmişdi. Tramp həmçinin bildirmişdi ki, seçkidə qalib gəlsə, o, hökumətin mövcud bitkoin ehtiyatını 100% saxlayacaq və bu, sonradan kriptovalyutanın milli ehtiyatının onurğa sütununu təşkil edəcək.
Seçilən
15
yeniavaz.com

1Mənbələr