AZ

AİHM Cabbar Savalanın hüquqlarının pozulduğunu etiraf edib

Sentyabrın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs olunan müxalifətçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanın şikayəti üzrə yekun qərarını açıqlayıb. 

O, narkotikin onun üzərinə qəsdən qoyulduğunu, ittihamın isə siyasi motivlərlə saxtalaşdırıldığını bildirib.

AİHM ərizəçinin bu iş üzrə tələblərini əsaslı hesab edib.

Müəyyən edilib ki, polis işi ərizəçinin saxlanılmasından bir gün sonra sənədləşdirib. Ərizəçinin üzərində axtarış saxlanıldıqdan dərhal sonra deyil, təxminən yarım saat sonra aparılıb. 

Savalan vaxtında vəkillə təmin edilməyib.

AİHM Savalan barəsində Avropa Konvensiyasının 6.1-ci (ədalətli məhkəmə təhqiqatı hüququ) maddəsinin pozulduğu haqqında qərar qəbul edib. AİHM-nin qərarına əsasən, hökumət ərizəçiyə mənəvi ziyana görə təzminat olaraq və məhkəmə xərclərinin qarşılanması üçün 4500 avro ödəməlidir.

Seçilən
18
turan.az

1Mənbələr