"Beşiktaş" PSV-nin oyunçusunu qış transfer dönəmində heyətinə cəlb etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "qartallar" Mauro Junior ilə yaxından maraqlanır. Bu barədə "Takvim" məlumat yayıb.
25 yaşlı futbolçunun Niderland təmsilçisilə 2025-ci ilə qədər müqaviləsi var. Mauronun dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, braziliyalı PSV formasıyla çıxdığı 126 matçda 8 qola və 14 məhsuldar ötürməyə imza atıb.