AZ

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Dövlət Gömrük Komitəsi (DGK) "OMS Savunma Sanayi Anonim Şirketi" ilə satınalma müqaviləsi bağlayıb.

"Kanal14.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilə narkotik izlərin aşkarlanması sisteminin (narko detektorlar) satın alınması ilə bağlıdır.

Müqavilədən məlum olur ki, DGK şirkətdən 6 337 600 manatdır.

Araşdırmalarımız zamanı məlum olub ki, "OMS Savunma Sanayi Anonim Şirketi" Türkiyədə təsis edilib. Şirkətin hüquqi ünvanı İstanbul şəhəri, Büyükşehir məhəlləsi, Bəylikdüzü küçəsi 5/1, mənzil 19-da yerləşir.

Açıq mənbələrdə şirkət haqqında məlumatlar məhduddur. Yalnız o bəllidir ki, şirkət təyyarə, helikopter hissələri, motorların istehsalı ilə məşğuldur.



 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
kanal14.az

3Mənbələr