AZ

“İnter”ə baş məşqçi təklifi

Menecerlər David Moyesin xidmətlərini “Milan”a təklif ediblər. Matc.az xəbər verir ki, “rossonyerlər”in derbidə “İnter”lə uduzacağı təqdirdə baş məşqçi Paulo Fonsekanı istefaya göndərəcəyi barədə məlumatlar yayılıb. Onun yerinə Tomas Tuxel, Edin Terziç, Massimiliano Alleqri və Mauritsio Sarri namizəddi. Agentlər isə kluba Moyesi təklif ediblər. 61 yaşlı mütəxəssis “Vest Hem”dən ayrıldıqdan bəri klubsuzdu. Bununla belə, “Milan”ın digər namizədləri də nəzərdən keçirəcəyi güman edilir. Rəhbərlik üçün prioritet “Çelsi”, “Yuventus”, “Napoli” və “Latsio”nun sabiq baş məşqçisi Sarri ilə Dortmund “Borussiya”sında çalışmış Terziçdi. Qeyd edək ki, A seriyasının V turunun “İnter” – “Milan” oyunu sentyabrın 22-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
matc.az

1Mənbələr