AZ

"Ukraynanı NATO üzvlüyünə qəbul etməliyik" -Conson

"Şimali Atlantika Alyansı Ukraynanı dərhal üzvlüyünə qəbul etməlidir". Bu fikri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Britaniyanın “Spectator” nəşri üçün yazdığı məqalədə bildirib.

"Ukraynanı NATO-ya qəbul etməliyik və mən bunu indi etməliyik deyirəm", - o yazıb.

Conson bildirib ki, Qərb Kiyevin münaqişənin həlli üçün arzuolunmaz razılaşmaya boyun əyməsinə dair hər hansı fikirdən əl çəkməlidir. Çünki ukraynalılar olduqca uzun mübarizə aparıblar.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Seçilən
5
news365.az

1Mənbələr