AZ

Almaniyada Avropanın ilk litium emalı zavodu açıldı

“AMG Lithium” Almaniyada Avropanın ilk litium hidroksid emalı zavodunu açıb. Onun tikintisi iki ildən bir qədər çox çəkdi və 140 milyon avroya başa gəldi.

Litium elektrik avtomobil akkumulyatorlarının istehsalı üçün lazım olan əsas elementdir.

"Elektrikli avtomobillər üçün, əgər sizə müəyyən performansa və sürmə məsafəsinə də ehtiyacınız varsa, o zaman litium-ion batareyası sadəcə əvəzolunmazdır",-“AMG Lithium”-un idarəedici direktoru Stefan Şerer vurğulayıb.

Zavod xammalın böyük hissəsini Braziliyadan alacaq və sonra litiumu akkumulyator dərəcəli litium hidroksidinə çevirəcək.

Alman qurğusunun ildə yarım milyon elektrik avtomobili üçün kifayət edəcək 20 min ton litium hidroksid istehsal edəcəyi gözlənilir.

Zavodun işə salınmasının məqsədlərindən biri Avropa ölkələrinin xarici tədarük mənbələrindən asılılığını azaltmaqdır. Gələcəkdə Avropada hasil edilən litium da burada emal olunacaq.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
oxumeni.az

1Mənbələr