AZ

Millimizə qol vuran hücumçu üçün 100 milyon avro tələb olunur

"Sportinq"in hücumçusu Viktor Qyökereş qışda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" və "Barselona" isveçli forvardı transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Sportinq" 26 yaşlı futbolçunu 100 milyon avroya satmağa hazırdı. "Arsenal"ın transfer yarışında "Barselona"dan daha şanslı olduğu bildirilir.

"Sportinq" Viktor Qyökereşi ötən ilin yayında "Koventri"dən transfer edib. İsveç millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Qyökereş İsveç milli komandasının Millətlər Liqası çərçivəsində Bakıda keçirdiyi oyunda Azərbaycan yığmasına qol vurub.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
sportal.az

3Mənbələr