İtaliya ABŞ-dan əlavə 25 ədəd F-35 döyüş təyyarəsi almağı planlaşdırır.
“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, bu, İtaliya Parlamentinə təqdim edilən yeni Çoxillik Müdafiə Proqramı Sənədində öz əksini tapıb.
Sözügedən qərarla İtaliyanın ümumi F-35 sifarişi (F-35A və F-35B) 90-dan 115-ə çatdırılacaq.
Qeyd olunub ki, F-35 parkının genişləndirilməsi qərarı İtaliyanın hərbi xərclərinin artırdığı bir vaxta təsadüf edir.