AZ

Turan E-ticarət və E-ixracat Forumunda iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

26 noyabr 2024-cü il tarixində Bakıda  Turan E-ticarət və E-ixracat Forumu (TET Forum 2024) keçiriləcəkdir.Forum rəqəmsal ticarət və ixracat sahəsində fəaliyyət göstərən şirkətlər üçün unikal bir platformadır. Əgər öz məhsul və xidmətlərinizi geniş auditoriyaya təqdim etmək və ya forumun əsas tərəfdaşlarından biri olmaq istəyirsinizsə, sizə stend almaq və sponsor olmaq imkanlarını təklif edirik.Stend Almaq İstəyənlər ÜçünTET Forum 2024-də stend sahibi olmaqla, siz öz brendinizi geniş iştirakçı kütləsinə, o cümlədən yerli və beynəlxalq şirkətlərə, dövlət nümayəndələrinə və investorlara təqdim edə bilərsiniz. Bu, sizin üçün məhsullarınızı və xidmətlərinizi nümayiş etdirmək, yeni müştərilər cəlb etmək və potensial tərəfdaşlarla birbaşa ünsiyyət qurmaq üçün əla fürsətdir.Stendin üstünlükləri- Geniş Əlaqələr: Forumda iştirak edən biznes və dövlət nümayəndələri ilə birbaşa əlaqə qurmaq.- Yeni Müştərilər: Rəqəmsal ticarət və ixracat sahələrində maraqlı olan geniş auditoriyaya məhsul və xidmətlərinizi tanıtmaq.- Brendin Gücləndirilməsi: Şirkətinizin brendini yerli və beynəlxalq səviyyədə tanıtmaq.Sponsor Olmaq İstəyənlər ÜçünTET Forum 2024-ün sponsoru olaraq, sizin brendiniz forumun ən diqqət çəkən hissələrindən biri olacaq. Forumun geniş miqyasda reklamı və əhatəsi vasitəsilə brendinizi müxtəlif regionlardan olan iştirakçılara və beynəlxalq mətbuata tanıtmaq şansı əldə edəcəksiniz.Sponsorluk Paketləri- Platinium sponsor – forumun rəsmi tərəfdaşı kimi bütün marketinq materiallarında və tədbirin əsas hissələrində brendiniz yer alacaq.- Qızıl sponsor – Forumun əsas panelləri və tədbirlərində iştirak edərək, geniş görünürlük imkanları qazanacaqsınız.- Gümüş sponsor – Şirkətiniz forum boyunca mətbuat və iştirakçılar tərəfindən tanınacaq.Əlavə Məlumat Və MüraciətStend almaq və ya sponsor olmaq istəyənlər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:Əlaqə nömrəsi: [099 899 79 01010 721 21 13 ]  Email: info@franchise.azİnfo@founderclub.az]  Forumun əsas tərəfdaşlarından biri olmaqla, Turan regionunun ən böyük rəqəmsal ticarət tədbirində öz mövqeyinizi möhkəmləndirin və yeni iş imkanlarını kəşf edin!Azərbaycan Françayzinq Assosiasiyası və Founder Club

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
baku.news

3Mənbələr