Ukrayna xüsusi xidmət orqanlarının ələ aldığı agent Moskvada yazıçı Zaxar Prilepini başından güllə vurmaqla öldürmək niyyətində olub. Bu barədə Rusiya mediası yazıçının vəkilinin məhkəmə iclasında elan etdiyi iş materiallarına istinadən yazıb.
Nəşr yazıb ki, Prilepinin avtomobilini partlatmaqda təqsirləndirilən Aleksandr Permyakov kuratorundan Moskvaya gəlmək əmri alıb və orada yazıçını mümkün olduğu təqdirdə başının arxasına vuraraq aradan götürməli imiş.
Permyakovun sözlərinə görə, planda yazıçının kitablarının təqdimatlarından birində qətl törətmək olub. Lakin Prilepin təhlükəsiz işçisi ilə səyahət etdiyi üçün bu, alınmayıb.
Xatırladaq ki, ötən il rusiyalı yazıçının avtomobili partladılmışdı. İnsident zamanı 47 yaşlı yazıçı yaralanıb.
Tural