AZ

Azərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı birgə fəaliyyətin şaxələndirilməsini müzakirə edib

Azərbaycan və Özbəkistan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üzrə birgə fəaliyyətin şaxələndirilməsi müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, müzakirələr Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində ADY-nin sədri Rövşən Rüstəmovla "Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev arasında keçirilmiş görüşdə baş tutub.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri, hər iki tərəfi maraqlandıran digər mühüm məsələlər müzakirə edilib, həmçinin bu ilin iyun ayında dəmiryol administrasiyaları arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində müştərək səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, görüşdə Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolu layihəsinin icrası ilə Özbəkistan tərəfinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
7
operativmm.az

8Mənbələr