“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt komandası ilə məşqləri bərpa edib.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu zədəsini sağaldaraq, ümumi qrupda məşqlərə başlayıb.Maunt mövsümün əvvəlində yüngül zədə almışdı və bu, onu bir neçə həftəlik sıradan çıxarmışdı. 25 yaşlı yarımmüdafiəçinin rəsmi oyunlara tam hazır olması üçün forma almasına bir az vaxt lazımdır.Maunt 2023-cü ilin yayında “Çelsi”dən 65 milyon avroya “Mançester Yunayted”ə keçib və debüt mövsümündə komanda ilə İngiltərə kubokunu qazanıb. Ancaq o, aldığı zədələrə görə ötən mövsümün çox hissəsini buraxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta