AZ

Qəzza toplumu aclıqdan əziyyət çəkir - RƏSMİ

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA), İsrail ordusunun 11 aydan çoxdur hücumlarını davam etdirdiyi Qəzzada insanların orta hesabla iki gündə bir yemək yeyə bildiyini açıqlayıb.

News365.az xarici mediaya istinadla xəbər verir ki, açıqlamada İsrailin hücumları nəticəsində 2 milyona yaxın insanın qaçqın həyatı sürdüyü bildirilib.

Qeyd edilib ki, baş vermiş hadisələr nəticəsində fələstinlilər aclıqdan əziyyət çəkir. Bildirilib ki, əhalinin əksəriyyəti iki gündən bir qidalana bilir.

Qeyd olunub ki, UNRWA və tərəfdaşları təşkil etdikləri fəaliyyətlərdə qida çatışmazlığının təsirlərini azaltmaq üçün uşaqlara yüksək enerjili peçenyelər paylayıblar.

Seçilən
10
news365.az

1Mənbələr