AZ

Müharibə veteranlarının müavinəti artırıla bilər

"Uzun müddətdir müzakirə olunan məsələlərdən biri müharibə veteranlarının müavinətidir. Hazırda müharibə veteranlarının müavinəti 80 manatdır. Bunun artırılması gündəmə gələ bilər".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bunun üçün böyük vəsait tələb olunmur:

"Bu, ölkə üzrə təqribən 180 min müharibə veteranını əhatə edir. Mediada və parlamentdə dəfələrlə bu məsələ qalıdırılıb. Ola bilər ki, ilk olaraq müharibə veteranlarının müavinətində müəyyən artım olsun. Hazırda 80 manat olan məbləğin 100-120 manata qədər qaldırılması mümkündür".

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.

Seçilən
91
2
kanal14.az

3Mənbələr