5-ci siniflər üçün yeni Azərbaycan dili dərsliyi çap olunub. Dərslik iki hissədən ibarətdir. Dərsliyin ikinci hissəsi 6-cı sinfin dərsliyi ilə eynidir.Hal – hazırda 6-cı sinfə tədris edilən mövzuları həm də 5-ci sinfə tədris edirlər.Bir neçə il əvvəl tədris edilən ədəbiyyat dərsliyini çıxarmışdılar və başqa mövzuların əlavə olunduğu bir kitab çap edib buraxmışdılar istifadəyə.Əvvəlki dövriyyədən çıxardıqları ədəbiyyat dərsliyini eynilə yeni nəşr adı ilə çap edib şagirdlərin istifadəsinə veriblər.Məsələ ilə bağlı Tribunainfo.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirdi ki, nəzərinizə çatdırım ki, Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq olaraq hər il dərsliklərin yenilənməsi ilə bağlı aidiyyatı üzrə Təhsil İnstitutuna və digər tabe qurumlara bildirilir.Ekspertin sözlərinə görə, “ilk növbədə pilot layihə olaraq dərsliklər nəşr olunur. Pedeqoji heyətə, o cümlədən bəzi məktəblərdə tədrisinə icazə verilir ki, müəyyən çatışmazlıqları görüb onları aradan qaldırsınlar. Sonra isə təkrar ümumi, daha çox tirajla nəşri nəzərdə tutulur. Hal-hazırki qeyd olunan dərsliklərdə təəssüf ki, belə məqamlar var. Təəssüf ki, 6-cı sinfə aid olan informasiya 5-ci sinfdə də olduğu kimi verilib.Vaxtilə dərslikdən çıxarılmış hissə təkrarən yeni dərsliyə salınıb. Görünən ondan ibarətdir ki, burada texniki səhv gedib. Yaxud da müəllif bilərəkdənmi yoxsa bilməyərəkdənmi belə bir xətaya yol verib. Bu şagirdlər arasında, eyni zamanda müəllimlər arasında çaşqınlıq yaradır.Düşünürəm ki, aidiyyatı qurum və tabe qurumlar məhz bu fikri əllərində əsas götürüb növbəti nəşrdə belə yaranan texniki qüsuru yaxud çatışmazlığı aradan qaldırmalıdır. Çünki belə dərslikdə valideyn təsəvvür edin bu dərsliyi alacaq sonra biz elan edəcəyik ki, dərslikdə xəta var. Təkrarən yenə də bu problem aradan qaldırılandan sonra yenidən nəşr olunacaq və valideyn məcburdur həmin nəşri təkrarən alsın. Bu isə əlbəttə ki, yolverilməzdir. Çünki valideyn maliyyə cəhətdən xeyli itkiyə məruz qalır. Bunu da mənim fikrimcə Elm və Təhsil Nazirliyi nəzərə almalıdır ki, bu kimi xətalar olmasın”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta